Vermişelli toyuq şorbası

  • Hazırlanma vaxtı:

Tərkibi

  • 3 tikə toyuq əti
  • 100 qr vermişel
  • 1 ədəd soğan
  • 1 ədəd kartof
  • yarım ç/q tomat pastası
  • kərə yağı
  • 1 lt su
  • duz

1. Soğan xırda, kub şəklində doğranılır və yağda qızardılır.

2. Soğan biraz qızardıqdan sonra toyuq əlavə olunur.

3. Toyuq biraz pörtləndikdən sonra üzərinə tomat pastası əlavə olunur.

4. Tomat pastasl ilə biraz bişirildikdən sonra qaynar su əlavə olunub duz vurulur və vermişel əlavə edilir.

5. Kartof təmizlənir kub şəklində doğranılıb şorbaya əlavə edilir.

6. Kartof tam bişdikdə yemək qazdan götürülür.

Nuş olsun!